Reklam verin!
 ƏN SON XƏBƏRLƏR, MƏQALƏLƏR : EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan

Navigation


RSS: Yazılar



Sumqayıtın ilk online qəzeti fəaliyyətə başladı

İyun 28, 2009 22:06, Bölməsiz, EYV-AZ, Şərhlər(0)

Bu günlərdə Sumqаyıtа аid оlаn növbəti sаyt – sumqаyıtхеbеr.cоm fəаliyyyətə bаşlаdı. Sаytın digərlərindən fərqi bundаdır ki, bu, şəhərimizin ilk оnlinе qəzеtidir.
Sаytın bаş rеdаktоru Еyvаz Qоcаyеvin sözlərinə görə idаrə еdəcəyi оnlinе qəzеt ölkədə bаş vеrən prоsеslərlə yаnаşı Sumqаyıtlа bаğlı hаdisələri də diqqət mərkəzində sахlаyаcаq.
Sаyt dаhа çох infоrmаsiyа yönümlü оlsа dа mаrаqlı müsаhibələrə, rеpоrtажlаrа dа yеr аyırаcаq kimi görünür. Hər hаldа, səhifədə аrtıq bеlə yаzılаr vаr.
Sаytlа bаğlı dаhа bir məqаm bununlа bаğlıdır ki, burаdа istifаdəçilər “168 sааt” qəzеtinin yаzılаrının bir hissəsini də охuyа biləcəklər.
Sаytın bаş rеdаktоru Е.Qоcаyеv sаytlа bаğlı dеyir; “Infоrmаsiyа Tехnоlоgiyаlаrаının inkişаfı digər sаhələr kimi mеdiа sеktоrunа dа nəzərəçаrpаcаq dərəcədə təsir göstərməkdədir. Еlə bu səbəbdən də ölkəmizdə sоn zаmаnlаr intеrnеt mеdiаnın intеnsiv inkişаf еtdiyini görürük. Оnlinе intеrnеt qəzеtlərin, жurnаllаrın və хəbər pоrtаllаrının sаyı gеtdikcə аrtmаqdаdır. 21-ci əsr infоrmаsiyа əsri hеsаb оlunur və bu səbəbdən də insаnlаr dаhа çох bilgi аlmаq, ölkədə və dünyаdа bаş vеrən ən sоn хəbərlərdən məlumаtlı оlmаğа dаhа çох mеyillidirlər.

 Davamı...
Baxış sayı: 17
Açar sözlər:
Bookmark and Share


Istefa mədəniyyəti

İyun 7, 2009 10:52, Cəmiyyət, Yazarlar, Mənim Köşəm, EYV-AZ, Şərhlər(0)

Vaxtında istefa etmək ən qürurlu bir addımdır. Nədənsə ölkəmizdə istefa mədəniyyəti digər sahələrdə olduğu kimi inkişaf etməyib. Demokratik cəmiyyətlərdə istefa hallarına tez-tez rast gəlinir və adi bir hal kimi qəbul olunur. Lakin Azərbaycanın ictimai-siyasi həyatında bu cür hallara rast gəlinmir. Elə bu səbəbdən də hər hansı bir ölkədə bizim üçün adi görünən hadisələrdən dolayı bu sahəyə cavabdeh olan məmurun istefa etməsini gülünclə qarşılayırıq.
Son bir neçə il ərzində ölkəmizdə çox ciddi hadisələr baş verir və bu hadisələrin baş verməsi kifayətdir ki, cavabdeh qurumlara rəhbərlik edən şəxslər istefa etsin. Bu məmurlar nəinki istefa verir və səlahiyyətlərini təhvil verir, hətta özlərini haqlı sayırlar.
Bu günlərdə yeni müsavat qəzetində Azərbaycan ordusunda baş vermiş dəhşətli olaylarla bağlı tükürpədici istintaq materialları dərc olundu.

 Davamı...
Baxış sayı: 69
Açar sözlər:
Bookmark and Share


Söyüşün biri 1 qəpik!

May 31, 2009 18:31, Mənim Köşəm, EYV-AZ, Şərhlər(1)

“Söymə nökər atamı, söyməyim bəy atanı”
Azərbaycan atalar sözü
Z.Əsgərov: Otur yerində, tərbiyəsiz...
P.Hüseyn: Tərbiyəsiz sənsən.
Z.Əsgərov: Kəs səsini, küçə gədəsi.
P.Hüseyn: Danabaşın biri danabaş.
Bu dialoq Pənah Hüseynlə Ziyafət Əsgərov arasında bu günlərdə baş verib. Artıq təəccüblü bir şey yoxdur. Parlametdə bu günə kimi hər cür söyüşlər eşitmişik.Çox güman ki yaxın gələcəkdə də bu cür söyüşlə zəngin dialoqların şahidi olacağıq. Qiymətlərin qalxdığı bir dövrdə söyüşün biri 1 qəpiyə qədər düşüb. Sanki qiymətlərin qalxması ilə söyüşün qiyməti tərs mütənasibdir. Qiymətlər qalxdıqca söyüşün dəyəri düşür. Yuxarıdakı dialoqda Ziyafət müəllim çox maraqlı bir ifadə işlədib-“küçə gədəsi”. Bu ifadədən sonra çox güman ki, “küçə” sözünü digər sözlər də əvəz edəcək. Məsələn, “parlament gədəsi”, “Universitet gədəsi”, “ev gədəsi” və.s

 Davamı...
Baxış sayı: 82
Açar sözlər:
Bookmark and Share


Deputatlarımızın yalanları

May 30, 2009 9:27, gündəm, Cəmiyyət, Mənim Köşəm, EYV-AZ, Şərhlər(1)

Insan hər hansı bir insandan yalan xəbər eşitdikdə və yaxud onun dediklərinin sonda yanlış olduğunu gördükdə artıq o insana inanmır və ən yaxşı halda o insanın fikirlərinə şübhə ilə yanaşır. Azərbaycanda siyasətçilər, deputatlar və gündəmdə olan insanlar da bu qəbildən olan insanlardır. Ölkə mətbuatını gündəlik izləmək kifayət edir ki, onların yalanlarını görəsən. Bu gün başqa, sabah tamam başqa sözlər danışırlar. 
Orduda «dedovşina» halları ilə bağlı yayılan vieo görüntülərdən sonra  MM-in Azərbaycan Ordusuna İctimai Nəzarət Qrupunun üzvü Aydın Mirzəzadə orduda «dedovşina» hallarını  ümumiyyətlə, təkzib etdi. Fakt göz önündə ola – ola bu görüntülərin tamaşa olduğunu israrla bildirirdi. Az keçmədi ki, “qəhrəmanlıq” edənlər cinayət məsuliyyətinə cəlb olundular və həps edildilər. Aydın Mirzəzadə kimi siyasətçilərimizin isə «dedovşina» hallarının mövcud olmadığı ilə bağlı israrları boşa çıxdı. Yəni fakt rəsmi olaraq təsdiqləndi…

 Davamı...
Baxış sayı: 67
Açar sözlər:
Bookmark and Share


Məscidlərin bağlanması türk mətbuatının gündəmində

May 23, 2009 11:47, gündəm, Mənim Köşəm, EYV-AZ, Şərhlər(0)

Son zamanlar Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yayılan söz-söhbətlər Türk və Azərbaycan mətbuatının diqqət mərkəzində oldu. Bu xəbərin ortalığa atılması və bu mövzu ətrafında fikirlərimi ayrıca yazmağı düşünürəm. Lakin bu məsələrlərlə paralel Azərbaycanda bəzi məçidlərin bağlanması, daha dəqiq desək Şəhidlər məsçidinin bağlanması və digər məçidin “İlahiyyət məscidinin” .bağlanması ətrafında yayılan xəbərlər də mətbuatın diqqətindən kənarda qalmadı. 
Türk mətbuatına diqqət yetirdikdə “Azərbaycan məscidlərimizi niyə bağlayır”, “Azərbaycanda məscid krizisi”, “Azərbaycanda məscidlər bağlanır” və.s başlığı altında yazılan yazılara rast gəlmək mümkündür. Nəzərə alsaq ki, Türkiyədə mətbuata diqqət böyükdür və qəzetlər yüksək tirajlarla çap olunur, o zaman bu cür xəbərlərin və eləcə də bu xəbərlərin yayılmasına əsas səbəb olan məscidlərin bağlanması heç də Azərbaycanın imicinə xeyir gətirən məsələ deyil. Qəzetlərdə yuxarıda qeyd etdiyim başlıqlar altında gedən xəbərlərin və məqalələrin sonunda yüzlərlə türk oxucusu öz şərhlərini yazır. Bu şərhlər heç də Azərbaycanın xeyrinə deyil, Azərbaycanın nüfuzuna böyük zərbə vurur. Hər hansı bir insanın, xüsusilə də türkün Azərbaycan haqqında mənfi rəydə olması və yaxud onda pis firkin formalaşması heç də yaxşı hal deyil. 


 Davamı...
Baxış sayı: 64
Açar sözlər: məscid türkyə,mətbuat 
Bookmark and Share


97 yaşlı blogçu vəfat etdi!

May 23, 2009 11:35, İnformasiya texnologiyaları, EYV-AZ, Şərhlər(1)

Xeyli vaxtdır ki, blogda yazı yazmıram. Bu gün oxuduğum bir xəbər haqqında blogda yazı yazmağı düşündüm. Bu xəbər diqqətimi ona görə cəlb elədi ki, xəbər ən yaşlı blogger haqqında - Mayın 21-i İspaniyada bloggerlər cəmiyyətinin və dünyanın ən yaşlı bloggeri Mariya Lopesin (Maria Amelia Lopez) 97 yaşında vəfat etməsi ilə bağlı idi.
Maraqlısı budur ki, Mariya Lopesin blog yazmasına səbəb nəvələri olub. 2006-cı ilin 23 dekabrında amis95.blogspot.com ünvanında yazdığı bloqda Mariya Lopes (Maria Amelia Lopez) aşağıdakı fikirləri yazmışdı: “Bu gün mənim ad günümdür və mənim simic nəvəm mənə bloq bağışlayıb.” 


 Davamı...
Baxış sayı: 45
Açar sözlər:
Bookmark and Share


Prezidentlərin Praqa görüşü və Dağlıq Qarabağ münaqişənin uzanması

May 10, 2009 19:08, Cəmiyyət, Yazarlar, EYV-AZ, Şərhlər(0)

 

Elnur Eltürk 

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində keçirilən sammitinə qatılmaq üçün Çexiya paytaxtına səfər edən Azərbaycan prezidenti İlham Əliyev 7 may 2009 cü ildə Ermənistan prezidenti Serj Sərkisyan ABŞ-ın Praqadakı səfirliyinin binasında görüşüblər. Digər görüş isə Peterburqda keçiriləciyi gözlənilir. Ümümiyyətlə son vaxtlar Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı aktiv fəaliyyət müşahidə olunmaqdadır. Artıq analitiklər görüşlə bağlı öz yorumlarını verməkdədirlər. Azərbaycanlı politoloqlar lent.az saytına görüşlə bağlı öz fikirlərini bildiriblər. Politoloq Qabil Hüseynli deyib ki, bu görüşü ciddi görüşlər seriyasına aid etmək olar: “Çünki prosesin həlli üçün tərəflərdə iradə hiss olunur. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib ki, artıq Ermənistanın imitasiya imkanları tükənib. Politoloq İlqar Məmmədovun sözlərinə görə, prezidentlərin söhbətini Rusiya tərəfi dinləyə bilməməsi üçün ABŞ səfirliyinin seçilməsinə baxmayaraq, Ermənistan hökuməti Rusiyadan təsdiqləmə almayınca, Qarabağ danışıqlarında sərbəst hərəkət edə bilməyəcək. Görüşdə iştirak edən Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza “azadlıq” radiosuna bildirib ki, Dağlıq Qarabağ danışıqlarında konseptual irəliləyişə nail olublar: “İndi vasitəçilərin məqsədi həmin konseptual razılığı texniki irəliləyişə çevirmək, razılaşma detallarında əks elətdirməkdir” Fransanın xarici işlər Naziri Bernar Küşner “Exo Moskva”radiosununa deyib ki,”hər iki tərəf öz xətti ilə hərəkət edir və eyni süjetlərə müxtəlif cür reaksiya verirlər. Amma ruhdan düşmək lazim deyil,qarşıda prezident İlham Əliyevlə və prezident Sarkisiyan arasında uzun yol var” 

 Davamı...
Baxış sayı: 61
Açar sözlər:
Bookmark and Share


Azerbaycan ve Ermenistan üzerine

Aprel 24, 2009 20:47, Yazarlar, EYV-AZ, Şərhlər(1)

 Son zamanlar Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri ilə əlaqədar Türkiyə mətbuatında mütəmadi olaraq yazılar dərc olunur. Qarşılaşdığımız bəzi yazıları blogda yerləşdirirəm.

 HASAN CELAL GÜZEL/Radikal

Azerîler, bizim kendi öz kardeşlerimizdir. Azerbaycan Türkleri de Türkiye Türkleri gibi Oğuz/Türkmen boylarından gelir. Sadece ‘Bir millet, iki devlet’ sözünün sıcaklığıyla değil, bütün kalbimizle Azerî kardeşlerimizi kucaklıyoruz. Aslında, Millî Mü-cadele sırasında Batılı emperyalistlerle uğraşırken gücümüzü bölmeyi göze alabilseydik, belki de bu iki devlet ‘tek devlet’ hâline gelebilirdi.
Azerbaycan’ın, Türkiye-Ermenistan ilişkilerinden rahatsız oluşunu ve orantısız tepki göstermesini, ben, bir kardeşin ve akrabanın mübalağalı sitemkârlığına benzetiyorum. Hani insan düşmanına aldırmaz da dostuna kolayca gücenir ya, aynen bunun gibi... Tabiî bu arada Rusya’nın fitnebazlığını da unutmamak gerekir.

 Davamı...
Baxış sayı: 125
Açar sözlər:
Bookmark and Share


Sumqayıt şəhərində möhtəşəm qəzet oxuma aksiyası keçirildi

Aprel 12, 2009 18:20, ən son xəbər, gündəm, Mətbuat, EYV-AZ, Şərhlər(5)

Sumqayıt şəhərində “168 saat” qəzetlər qrupunun, Fərdi İnkişaf və Karyera Mərkəzinin və Sumqayıt şəhər Gənclər və İdman baş İdarəsinin təşkilatçılığı ilə “168 saat oxumasaq da 1 saat oxuyaq” şüarı ilə oturaq və eləcə də yürüş şəklində aksiya keçirilib. Aksiya 12 aprel saat 15:00-da Sumqayıt Şəhər mərkəzi bazarın yanında yerləşən Nizami meydanından başlayıb və  saat 17:00-da “Heydər Park” da yerləşən meydanda sona çatıb.

 

 Davamı...
Baxış sayı: 209
Açar sözlər:
Bookmark and Share


Gənc diasporçu Saleh Şükürlü ilə müsahibə

Aprel 9, 2009 21:25, Dünya Azərbaycanlıları, EYV-AZ, Şərhlər(0)

saleh“Mübariz Gənclər” Birliyinin sədri Saleh Şükürlü Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi üçün müsahibə verib. Müsahibəni diqqətinizə çatdırıram.

Söhbətləşdi: Elnur Eltürk

Bu gün dünyanın hər bir yerində olduğu kimi Rusiyada soydaşlarımız təşkilatlanır və güclü Azərbaycan diaspor qurumlarını formalaşdırırlar. Sevindirici hal ondan ibarətdir ki,bu işlərin önündə gənclərimizdə gedirlər. Orada yaşayan gənclərimizin fəaliyyətində canlanma var və onların gördükləri işləri izlədikcə Rusiyada olan diasporamıza ümidərimiz artır. Hal hazırda Rusiyada yaşayan və aktiv gənc diasporçularımızdan olan “Mübariz Azərbaycan”qəzetinin baş redaktoru və Mübariz Gənclər Təşkilatının sədri Saleh Şükürlü ilə təşkilatın yaranma tarixi və görəcəyi işlər və hazırda Rusiyada diasporamızın durumu ilə bağlı müsahibəm.  Saleh bəy xoş gördük sizi və ilk öncə özünüz haqqında içtimaiyyətə məlumat vermənizi istərdik?

 Davamı...
Baxış sayı: 99
Açar sözlər: saleh şükürlü mübariz gənclər diaspora 
Bookmark and Share


"Barcamp Caspian 2009" dan şəkillər

Aprel 2, 2009 16:18, Mənim Köşəm, İnformasiya texnologiyaları, EYV-AZ, Şərhlər(2)

"Barcamp Caspian 2009" dan şəkilləri təqdim edirəm

 

 Davamı...
Baxış sayı: 147
Açar sözlər: azəriblogçular barcamp caspian it konfrans 
Bookmark and Share


Azəriblogçular “BarcampCaspian 2009” da bir araya gəldilər

Mart 29, 2009 19:12, İnformasiya texnologiyaları, EYV-AZ, Şərhlər(0)

28 mart  saat 10.00-da “Barcamp Caspian 2009” qeyri-konfransı rəsmi olaraq fəaliyyətə başladı.Qafqaz Universitetində başlanan tədbirdə çoxsaylı yerli və xarici qonaqlar iştirak edirlər. Konfransın açılışında Azərbaycan rabitə və informasiya texnologiyaları nazirliyinin (RİTN) informasiya cəmiyyəti şöbəsinin müdiri Rüfət Gülməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz, həmçinin «Google» axtarış sistemi, Almaniyanın «Sevenload» video paylaşım saytı, «Wordpress», «Creative Commons» və «Opera Software» kimi iri şirkətlərin nümayəndələri iştirak edirdilər.
Konfransa Azərbaycandan da xeyli mütəxəssis qatılmışdı. “BarcampCaspian 2009” –da Azəriblogçular da fəal iştirak edirdilər. İştirakçılar arasında freeexpression.azeriblog.com, some.azeriblog.com, proqramist.azeriblog.com, ict.azeriblog.com, və digər blogçulara rast gəldik.
“BarcampCaspian 2009” haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə
www.barcampcaspian.com saytına daxil olun.

 Davamı...
Baxış sayı: 101
Açar sözlər:
Bookmark and Share


Kənan Aslanlı da Azəribloga qoşuldu

Mart 15, 2009 23:00, Bloglar, EYV-AZ, Şərhlər(0)

Tanınmış iqtisadçı ekspert Kənan Aslanlı da Azəribloga qoşuldu. Kənan Aslanlı öz blogunda Azərbaycan iqtisadiyyatı haqqında analitik yazılar, dünyada baş verən qlobal böhran haqqında, ümumiyyətlə iqtisadiyyatın müxtəlif sahələrinə aid yazıları öz blogunda yerləşdirəcək. Artıq blogunda iki yazı yerləşdirib və yaxın zamanlarda K.Aslanlının blogunda daha çox məqalələrlə, müsahibələrlə tanış olacaqsınız. Bir çox insanlar öz milli blog sistemimiz ola-ola xarici saytlarda özlərinə bloglar yaradırlar. Lakin Kənan Aslanlı hesab edir ki, hər bir azərbaycanlı, istər tanınmış şəxs olsun, istərsə də adi vətəndaş öz blog sistemimiz olan Azəriblogda blog yaratmalıdırlar. Kənan bəyə bu sahədə uğurlar arzulayırıq.

 
Baxış sayı: 117
Açar sözlər:
Bookmark and Share


Azərbaycanda Blogçuluğun inkişafına dəstək olaq!

Mart 15, 2009 22:44, Bloglar, EYV-AZ, Şərhlər(0)

Blog yaratmaq və öz fikirlərini internet vasitəsilə cəmiyyətə çatdırmaq artıq dünyada geniş yayılmış məşğuliyyətlərdəndir. Hər gün minlərlə bloglar yaradılır və insanlar öz fikir və ideyalarını bu vasitə ilə yayırlar. Azərbaycanda da son zamanlar blogçuluq inkişaf etməkdədir ki, bu da Azəriblogun, xüsusilə də bu saytın yaradıcısı Fərhad Əsgərzadənin səyi nəticəsindədir. Əlavə texniki bilgilər olmadan insanlar özlərinə çox asanca bloglar yaradırlar və fikirlərini, düşüncələrini bölüşürlər. Artıq Azəriblogçular xeyli saydadır və getdikcə artmaqdadır. Biz blogçular da öz növbəmizdə çalışmalıyıq ki, Azərbaycanda blogçuların sayının artması üçün əlimizdən gələn köməkliyi göstərək. Hər birimiz ətrafımızdakı dostlarımızı, tanışlarımızı və eləcə də digər insanları blog açmaqa və blog yazmağa dəvət etməliyik.

 Davamı...
Baxış sayı: 107
Açar sözlər: azəriblog blog 
Bookmark and Share


“Ümid” niyə yoxdur?

Mart 15, 2009 0:39, İnformasiya texnologiyaları, EYV-AZ, Şərhlər(0)

Artıq bir neçə həftədir ki “Yeni müsavat” qəzetinin elektron versiyasında (www.musavat.com) Ümüd Partiyasının saytının (http://www.umidparty.org) reklam banneri yerləşdirilib. Bannerdə “Tək ümid var” yazılıb. Ancaq reklamın üzərində “vurduqda” məlum olur ki, əslində “ümid” yoxdur. Bu isə əslində reklam deyil, anti reklam olur. Belə bir fikir meydana çıxır ki, bir partiya özünə normal sayt yarada bilmirsə və reklama nəzarət edə bilmirsə, o zaman bu partiyadan “ümid” gözləməyə dəyərmi?

 Davamı...
Baxış sayı: 108
Açar sözlər:
Bookmark and Share


"Barcamp Caspian 2009"-la bağlı mətbuat konfransı keçirildi

Mart 12, 2009 22:50, gündəm, EYV-AZ, Şərhlər(0)

12 martda, Ria Novosti İnformasiya agentliyinin konfrans zalında keçirilmiş mətbuat konfransında “BarCamp Caspian 2009” qeyri-kofransı haqqında mətbuata geniş məlumat verildi.  Davamı...
Baxış sayı: 130
Açar sözlər:
Bookmark and Share


Sumqayıtın internet resursları: hər şey qaydasındadırmı?

Mart 11, 2009 23:42, Cəmiyyət, EYV-AZ, Şərhlər(0)

Biz çalışacağıq ki, bu yazıda, Sumqayıt şəhərində mövcud internet resurslarının durumuna diqqət yetirək. Axtarış serverlərində qarşımıza çıxan Sumqayıt Şəhər İcra Hakimiyyətinin www.sumqayit-ih.gov.az, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin www.sumqayit.gen.az, Sumqayıt şəhər təhsil şöbəsinin www.sumqayit.edu.az domen adlı internet saytlarının bir həftə ərzində monitorinqini apardıq və bu yazıda çalışacağıq ki, monitorinqin nəticələrinə ətraflı nəzər salaq.

 Davamı...
Baxış sayı: 194
Açar sözlər:
Bookmark and Share


Media Hüququ İnstitutu bəyanat yayıb

Mart 11, 2009 22:02, Mətbuat, EYV-AZ, Şərhlər(0)

Media Hüququ İnstitutu Kütləvi İnformasiya Vasitələri qanununa edilmiş əlavələrin mətbu nəşrlərin azadlığı və müs­təqilliyi üçün ciddi təhlükə yaradacağından narahatdır. Bu əlavələr qüvvəyə minərsə mətbu nəşrlər bir neçə hal­da mütənasiblikdən çox uzaq olan qorxunc sanksiyalarla üzləşə biləcəklər. MHİ vurğulayır ki, Qanununun 19-cu maddəsinə edilmiş əlavələr bir sıra hallarda “Müvafiq icra h­a­ki­miy­yə­ti or­qa­nı”na aşağıdakı hallarda “mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması” kimi sərt və adek­vat­lı­ğı bəraətləndirilə bilməyən cəza verilməsi “barədə məhkəmə qarşısında iddia” qaldırmaq, məh­kəmələrə isə belə san­ksiyaları qoymaq səlahiyyəti verib.

 Davamı...
Baxış sayı: 116
Açar sözlər:
Bookmark and Share


“BarCamp Caspian 2009” qeyri-kofransına hazırlıq çərçivəsində mətbuat konfransı keçiriləcək

Mart 11, 2009 21:54, gündəm, EYV-AZ, Şərhlər(0)

Martın 12-də saat 12:00-da Ria Novosti İnformasiya agentliyinin konfrans zalında “BarCamp Caspian  2009” qeyri-kofransına hazırlıq çərçivəsində mətbuat konfransı keçiriləcək.

Artıq “BarCamp Azərbaycan 2008”-dən məlum olduğu kimi Barcamp qeyri-konfransları  İnternet və media layihələrinin inkişafına dəstək olmaq, İT və Müasir Media mütəxəssisləri arasında təcrübə mübadiləsini, son internet texnologiyaların tətbiqini stimullaşdırmaq, İT və Müasir Media problemlərinin, inkişaf perspektivlərinin müzakirəsinə əlverişli şərait yaratmaqdır.

 Davamı...
Baxış sayı: 102
Açar sözlər:
Bookmark and Share


Vüsal Məmmədov: “Təkcə bizim ölkədə 134 illik tarixi olan bir peşəni ləkələyə biliblər”

Mart 2, 2009 23:13, Müsahibələr, EYV-AZ, Şərhlər(2)

“«168 sааt» qəzetinin  imici, tutduğu yоl mətbuаtdаn аz-çох хəbəri оlаn insаnlаrа məlumdur”  

Həmsöhbətimiz Ölkənin ən yüksək tirajlı və ən iri həcmli regional nəşri - «168 sааt» qəzеtinin bаş rеdаktоru, ötən il «Ilin gənc jurnаlisti» nоminаsiyаsı üzrə təltif оlunmuş Vüsаl Məmədоvdur.

- Suаl vеrmək çətindir, cаvаb vеrmək?

- Yəqin ki,  cаvаb vеrmək. Suаl vеrərkən sən indiyədək düşünmədiyin mövzudа və çərçivədə düşünməyə məcbur еdilmirsən. Аncаq cаvаb vеrərkən оlа bilsin ki, sənin üçün yеni оlаn bir mövzudа düşünməli və dаnışmаlı оlursаn.

 

 Davamı...
Baxış sayı: 262
Açar sözlər: vüsal məmmədov müsahibə 168 saat 
Bookmark and Share



  Yazılar cəmi: 831    Sonrakı səhifə »

Blog Haqqında

EYV-AZ
Bloq Eyvaz Qocayev tərəfindən yaradılmışdır. Bloqda müxtəlif mövzularda məqalələr, müsahibələr və xəbərlərlə tanış ola bilərsiniz. Bizimle elaqe: eyvazqocayev@yahoo.com


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar


Sorğu

Internetdən nə üçün istifadə edirsiniz?






Açar sözlər

mətbuat  hadisə  siyasət  dünya  internet  gənclər  mübariz  qarabağ  prezident  kənan  sumqayıt  müsahibə  müharibə  vüsal  ermenistan  aslanlı  türkiyə  böhran  20  aksiya  konfrans  radiolar  168  mitinq  qaçqınlar  cəmiyyət  qəzet  türkyə,mətbuat  laden  ikt 


Sayqaç


<

Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites